Türkiyə Vitse-prezidentinin Bakıya səfəri başa çatıb

Siyasət

16.09.2019 - 23:10

 Fuat Oktayı dövlət və hökumət rəsmiləri yola salıblar

 

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 16-da başa çatıb.

 

AYNA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Vitse-prezident Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

 

Müəllif: Ayna.az