Berdiməhəmmədov Azərbaycana gəlib

Siyasət

25.10.2019 - 10:53

Türkmənistan Prezidenti Zirvə Görüşündə iştirak edəcək

 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib. AYNA xəbər verir ki, o, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak edəcək.

 

Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az