Şəki və Sumqayıtda yeni laboratoriya istifadəyə veriləcək

Xəbərlər

08.04.2020 - 17:35

"Təcili tibbi yardım xidməti, həmçinin diaqnostik laboratoriyalar xüsusi rejimdə işləyir"

 

“Həm profilaktik, həm də tibbi sahədə TƏBİB-in fəaliyyəti davam edir. Bütün sərhədyanı ərazilərdə, karantin müəsislələrində işlər davam edir. 14-21 günlük karantin müddətində müayinə, nəzarət davam edir. Pozitiv nəticə olarasa, onlar təcili izolə olunur”.

 

AYNA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin rəhbəri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında bildirib.

 

Bildirib ki, gün ərzində 3 mindən çox test edilir, amma yaxında 5 min test edə biləcəklər: “Testlərlə bağlı logistik plan hazırlanıb, bütün regionlara paylanılır. Təcili tibbi yardım xidməti, həmçinin diaqnostik laboratoriyalar xüsusi rejimdə işləyir”.

 

“Ölkə üzrə 22 tibbi müəsisə karatin üçün ayrılıb ki, virusa görə pozitiv nəticəsi olanları həmin tibbi ocaqlarda yerləşdiririk. Sumqayit, Şəkidə yeni diaqnostik laboratoriyalar açılacaq”, - deyə R.Bayramlı vurğulayıb.

Müəllif: Raminə Eyvazqızı