Şəhidlə vida mərasimində dostları, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər
Sentyabrın 13-də hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçumuz Nihad Namazovun nəşi bu gün ailəsinə təhvil verilib.
AYNA xəbər verir ki, şəhid Nihad Namazovla vida mərasimində onun dostları, sinif yoldaşları, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.
Nihad Namazov Tovuz rayonu Qovlar şəhər qəbiritsanlığında torpağa tapşırılıb. Dövlət Himni səsləndirildikdən sonra üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.
Qeyd edək ki, sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar.