Səfir: “ABŞ Cənubi Qafqazda kommunikasiyaların açılmasını dəstəkləyir”

Aktual

27.10.2021 - 16:56

Həkimlər Klinikalar SEO Xidməti

Erl Litzenberqer: “ABŞ tərəflərlə danışıqlar aparmağa davam edir”

“ABŞ Cənubi Qafqazda regional əlaqələrin qurulmasında çox maraqlıdır. Bu, həm quru yollara, həm dəmir yoluna, həm də hava nəqliyyatına aiddir. Biz regionun hər üç ölkəsi arasında iqtisadi inkişafı təşviq edən addımları dəstəkləyirik”.

AYNA “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erl Litzenberqer Gəncədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ tərəflərlə danışıqlar aparmağa davam edir ki, bu cür inkişafı dəstəkləyən addımlara töhfəsini versin”, - deyə diplomat sözlərini yekunlaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş