108 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq addımlar atılıb
Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən dörd gün ərzində 1 158 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 108 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq addımlar atılıb.