“Koronavirus ABŞ-da Prezident seçkilərinə təsir edə bilməz”
ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden koronavirusun yayılmasının seçkilərə mümkün təsirlərindən danışıb. AYNA xəbər verir ki, o, bu barədə “NBC” televiziyasındakı çıxışı zamanı bildirib.
Bayden, pandemiyanın nə qədər davam edəcəyinin bilinmədiyini söyləsə də seçkilərin təyin olunmuş cədvələ uyğun keçirilməsinin lazım olduğunu söyləyib: “Şəxsən mən səsverməyə üstünlük verirəm, ancaq vəziyyətdən asılı olaraq bu, dəyişə bilər. Lakin konstitusiya ilə tələb olunan noyabr seçkilərini təxirə sala bilmərik”.
Qeyd edək ki, ABŞ-da prezidentliyə namizdələrin yarışı Donald Tramp və Demokrat Partiyasından namizədlik yarışına qoşulan Co Bayden və Bernie Sanders arasında davam edir.