Sayımız açıqlandı: 0,2 faiz artmışıq

Xəbərlər

17.06.2022 - 13:57

Həkimlər Klinikalar SEO Xidməti

Kişi və qadınların say nisbəti eynidir

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən AYNA-ya verilən xəbərə görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 16812 nəfər və ya 0,2 faiz artaraq, 2022-ci il may ayının 1-i vəziyyətinə 10 173 178 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş