Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib

Xəbərlər

16.05.2022 - 15:28

Özbəkistan Prezidenti azərbaycanlı həmkarının ölkəsinə səfərini gözləyir

Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin 28 May - Müstəqillik Günü ilə bağlı təbrik məktubunu Prezident İlham Əliyevə təqdim edib.

AYNA-nın xəbərinə görə, o, həmçinin Şavkat Mirziyoyevin Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müəllif: Ayna.az