Şanxayda otellər və turizm obyektləri yenidən işə başlayıb

Dünya

29.04.2020 - 02:54

Otellər və turizm mərkəzləri ziyarətçi qəbuluna başlayıb

 

Çinin Şanxay şəhərində 5200-dək otel və 83% turizm obyekti koronavirusla bağlı məhdudiyyətlərdən sonra fəaliyyətini bərpa edib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, otellər və turizm mərkəzləri gündəlik 30%-dən çox olmayaraq ziyarətçi qəbul edə bilər. Turistlərin qeydiyyatının aparılması da mütləqdir.

 

Sahibkarlar və menecerlər məkanların girişində, dar yollarda sıxlığın qarşısını almaq üçün ziyarətçi axınını yönləndirməlidirlər.

Müəllif: Ayna.az