Samuxda həmkəndlisini bıçaqlayan şəxs tutulub

Hadisə

28.07.2021 - 08:21

Bıçaqlanan kişi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb

 

Samux rayonunun Çobanabdallı kəndində həmyerlilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

 

AYNA “Report”a istinadən xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdlü Xəyal Məmmədov mübahisə zəminində həmyerlisi, 2000-cı il təvəllüdlü Taleh Məhərrəmov tərəfindən bıçaqlanıb.

 

Xəsarət alan hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş