Hadisə nəticəsində bir nəfər xəsarət alıb
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, şərti olaraq “Şamaxinka” adlanan ərazidə iki avtomobil toqquşub. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Tural Qocayev xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.