Salyanda küçədə tapılan 7 günlük körpənin son durumu açıqlanıb
Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən tapılan 7 günlük körpə (qız) bu gün saat 06:15 radələrində TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
TƏBİB-dən AYNA-ya bildirilib ki, yerləşdirilərkən körpənin temperaturu 35 dərəcə, vəziyyəti orta ağır olub və fizioloji sarılıq qeydə alınıb.
Qeyd olunub ki, körpəyə zəruri tibbi xidmətlər göstərilib, tibb müəssisəsinin Pediatriya şöbəsinə köçürülüb. Çəkisi 1 950 q olan körpənin hazırda vəziyyəti kafidir.