Salyan sakinindən ov silahı götürülüb

Xəbərlər

06.02.2022 - 16:12

Həkimlər Klinikalar SEO Xidməti

Saz vəziyyətdə olan “İj 56-3” markalı yivli silah aşkarlanıb

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlbi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən rayonun Birinci Varlı kənd sakini Vurğun Sadıqov saxlanılıb. Həmin şəxsdən bir ədəd saz vəziyyətdə olan “İj 56-3” markalı yivli ov silahı aşkar edilərək götürülüb.

Salyan RPŞ-də faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş