XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək
Bu gündən məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilib. AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.
Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.