Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb

Hadisə

10.05.2025 - 14:32

Həkimlər Klinikalar SEO Xidməti

Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

AYNA.AZ-ın "Report"a istinadən məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş