Sabahın havası: yağış gözlənilir

Xəbərlər

22.06.2022 - 13:44

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 32 dərəcə isti olacaq

İyunun 23-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş