Bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var
İyulun 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti əsasən yağmursuz keçəcək.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 21-24, gündüz 30-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.
Rayonlarda sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.