Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

13.09.2023 - 15:01

cedabet dərman SEO Xidməti

Dağlıq ərazilərə qar yağacaq

Azərbaycanda sentyabrın 14-də gözlənilən hava şəraiti  açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş