Bakıda 35 dərəcə isti olacaq, külək əsəcək
Avqustun 24-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 32-35, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 30-35% olacaq.
Rayonlarda əsasən yağmursuz, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 34-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.