Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq
İyulun 22-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti yağmursuz keçəcək.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24, gündüz 30-33, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65% olacaq.
Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.