Temperatur 43 dərəcəyədək yüksələcək
Azərbaycanda iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26, gündüz 34-39, Bakıda gecə 24-26, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 55-60% olacaq.
Rayonlarda sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 37-40, bəzi yerlərdə 42-43, dağlarda gecə 10-15, gündüz 27-32° isti olacaq.