Sabahın hava proqnozu

Xəbərlər

14.09.2023 - 14:23

cedabet dərman SEO Xidməti

Ölkə ərazisində gündüz 25 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Gecə 16-19° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 14-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş