Sabahın hava proqnozu

Xəbərlər

29.05.2023 - 13:41

Bakıda 33, bölgələrdə 36 dərəcə isti gözlənilir

Mayın 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Gecə 17-22° isti, gündüz 26-31°, bəzi yerlərdə 33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50-50 % olacaq.

Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək.

Gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Müəllif: Ayna.az