Sabahın hava proqnozu

Xəbərlər

29.08.2022 - 12:24

Həkimlər Klinikalar SEO Xidməti

39 dərəcə isti olacaq

Avqustun 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 33-38 dərəcə isti olacaq. Bakıda gecə 20-22, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-65%, gündüz 25-30% olacaq.

Rayonlarda hava əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş