Sabah da hava yağışlı olacaq

Xəbərlər

15.05.2023 - 13:56

cedabet dərman SEO Xidməti

Mayın 16-na gözlənilən hava proqnozu açıqlanıb

Mayın 16-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi axşam cənub küləyi ilə əvəz olunacaq.

Gecə 8-12° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Rayonlarda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş