Sabah bu rayonun bir hissəsində qaz olmayacaq

Xəbərlər

05.07.2022 - 16:15

Həkimlər Klinikalar SEO Xidməti

Təmir işləri görülən müddətdə qaz təchizatında fasilə yaranacaq

Sabah Ucar rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə AYNA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” Qaz Paylayıcı Stansiyasında (QPS) aparılacaq təmir işləri ilə əlaqədar, iyulun 6-da saat 10:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş