Sabah Bakıda dezinfeksiya işləri aparılacaq

Xəbərlər

11.09.2020 - 10:47

Sakinlərinə küçəyə çıxmamaqla bağlı müraciət edilib

 

Sabah səhər saatlarından etibarən şəhərin əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

 

AYNA xəbər verir ki, bu barədə paytaxtın kommunal strukturları məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.  

Müəllif: Ayna.az