Aksiya "Facebook" sosial şəbəkəsi üzərində canlı yayımlanacaq
Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək. AYNA xəbər verir ki, bu barədə “Azəriqaz”dan bhildirilib.
Məlumata görə, bütün media, QHT mənsublarının və sosial şəbəkə fəallarının (blogger) üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərində canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.