Sabah 38 dərəcə isti olacaq

Xəbərlər

23.08.2023 - 14:57

cedabet dərman SEO Xidməti

Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb

Avqustun 24-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Gecə 22-27° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq.Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş