Saakaşvilinin Ukraynaya dönməsini siyasilər dəstəkləmir

Dünya

30.04.2020 - 19:49

cedabet dərman SEO Xidməti

Təklif olunan təyinat yenidir. Prezidentin təşəbbüsü tezliklə açıqlanacaq"

 

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynada dövlət mövqeyinə gəlməsi məsələsi hələ də mübahisələr doğurur.

 

AYNA Rusiya mediasına istinadən xəbər verir ki, Saakaşvilinin Ukrayna baş nazirinin islahatlar üzrə köməkçisi yox, fərqli bir posta təyinatı gündəmdədir.

 

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” fraksiyasının üzvü David Arahamia məlumat verib. O deyib ki, hələlik Ali Radada Saakaşvilinin Ukrayna siyasətinə qayıdışı dəstəklənmir, onun hansısa mövqeyə gətirilməsi ölkə rəhbərinin qərarı ilə ola bilər.

 

"Saakaşvili son bir neçə gündə prezidentlə uzun danışıqlar aparıb. Təklif olunan təyinat yenidir. Prezidentin təşəbbüsü tezliklə açıqlanacaq", - Arahamia əlavə edib.

 

Qeyd edək ki, bir müddət əvvəl Zelenski Saakaşviliyə Ukraynaya qayıtmağı və dövlət işi ilə təminatını təklif etmişdi. Bunun qarşılığında Gürcüstan Ukraynaya nota göndərərək, Saakaşvilinin təyinatı baş tutsa, Gürcüstan öz səfirini ölkədən geri çağıracağını bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş