Rusiyanın ermənilərə göndərdiyi yardım hələ də Bərdədə gözləyir

Xəbərlər

10.09.2023 - 15:34

cedabet dərman SEO Xidməti

Yardım daşıyan TIR hələ də Bərdə şəhərindədir

Rusiya Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərə göndərdiyi ərzaq dolu yük maşını hələ də Bərdədə gözləyir.

AYNA “Report”a istinadən xəbər verir ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qırmızı Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən göndərilən yardım daşıyan TIR hələ də Bərdə şəhərindədir.

Qeyd edək ki, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları bir ədəd TIR tipli nəqliyyat vasitəsinə yüklənərək göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş