"Rabitə vasitəsi ilə həmkarlarımla daim əlaqə saxlayacağam"
Rusiyanın Baş Naziri Mixail Mişustinin koronavirus testi müsbət çıxıb. AYNA xəbər verir ki, Baş Nazir səlahiyyətlilərin tövsiyəsi ilə karantinə alınacağına bildirib.
“Həmkarlarımı təhlükəyə atmamaq üçün bunu etməliyəm. Hökumət öz işini davam etdirəcək və rabitə vasitəsi ilə həmkarlarımla daim əlaqə saxlayacağam”, - deyə Mişustin bildirib.
Mişustin birinci müavini Andrey Belousovu müalicəsi bitənə qədər yerinə gətirilməsini təklif edib.