Rusiyanın Avropaya qaz nəqlini müvəqqəti dayandırması təklif edilib

Dünya

10.04.2022 - 11:49

Həkimlər Klinikalar SEO Xidməti

“Avropalı yoldaşlar Rusiyaya qarşı aqressiv siyasətin onlar üçün zərərli olacağını anlamalıdırlar”

Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet Avropa İttifaqı (Aİ) ölkələrinə qaz nəqlini müvəqqəti dayandırmağı təklif edib. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.

Deputatın sözlərinə görə, Avropa ölkələri Rusiyaya qarşı “quduz, hörmətsiz və alçaldıcı siyasətini” davam etdirirlər: “Bu cür qeyri-dost hərəkətlərə cavab Moskvanın sərt sanksiyaları ilə olmalıdır”.

“Avropalı yoldaşlar Rusiyaya qarşı aqressiv siyasətin onlar üçün zərərli olacağını və cəzalandırılacaqlarını başa düşmədikləri müddətcə onları enerji resursları ilə təmin etməyi müvəqqəti dayandırmaq lazımdır”, - Şeremet vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi səbəbindən Qərb ölkələri Moskvaya qarşı yeni sanksiyalar tətbiq edib. Kremlin sözçüsü Dmitri Peskov ölkəyə qarşı sanksiya təzyiqini görünməmiş adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş