Rusiyanın 54 diplomatı Çexiyanı tərk edib

Dünya

30.05.2021 - 01:28

Həkimlər Klinikalar SEO Xidməti

Hər iki səfirlikdə yeddi diplomat və 25 administrativ və texniki əməkdaş qalmasına icazə veriləcək

 

Rusiyanın Çexiyadakı Səfirliyinin 54 əməkdaşdan ibarət bir qrupu paytaxt Praqanı tərk edib. AYNA xəbər verir ki, bu barədə Rusiya mətbuatına səfirliyin sözçüsü Nikolay Bryakin açıqlama verib.

 

“54 nəfərlik qrup ailələri ilə birlikdə Çexiyadan ayrıldı. Praqadan Moskvaya uçdular”, - o bildirib.

 

Qeyd olunub ki, səfirlik əməkdaşları Rusiyanın Praqadakı Səfirliyi ilə Çexiyanın Moskvadakı Səfirliyinin işçi sayında bərabərliyin təmin olunması üçün ölkədən gediblər. Beləcə, hər iki səfirlikdə yeddi diplomat və 25 administrativ və texniki əməkdaş qalmasına icazə veriləcək.

 

Əməkdaşların ikinci qrupu mayın 31-də ölkəni tərk edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş