İqor Seçinin 88 metrlik, Əlişir Usmanovun 156 metrlik müsadirə olunub
Rusiyaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində rusiyalı oliqarxlara məxsus yaxtalar müsadirə olunub. AYNA xarici mediaya istinadən bildirir ki, “Rosneft” dövlət energetika kompaniyasının rəhbəri İqor Seçinin 88 metrlik “Amore Vero” yaxtası Marsel yaxınlığında Fransa gömrükçüləri tərəfindən saxlanılıb. Yanvar ayında Aralıq dənizindəki La-Sota limanına gələn yaxta aprelin 1-nə qədər təmir edilməli idi.
Almaniyada isə biznesmen Əlişir Usmanovun dünyanın ən böyük motorlu qayığına – 156 metr uzunluğu olan “Dilbar” yaxtasına həbs qoyulub. Yaxta 600 milyon dollar həcmində qiymətləndirilir.
Həmçinin rusiyalı oliqarxlara məxsus beş ədəd super yaxta sanksiyaların işləmədiyi Maldiv adalarına və Monteneqroya yola düşüb.