Rusiyada təyyarə qəzası baş verib

Dünya

13.07.2020 - 10:49

Təyyarə yaşayış məntəqəsində yerə çırpılıb

 

Rusiyanın Nijni Novqorod vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb. AYNA rus mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən xəbər yayıb.

 

Rəsmi məlumata əsasən, “An-2” təyyarəsi yerli vaxtla saat 04:10-da Nijni Novqorod vilayətinin Kistenevo yaşayış məntəqəsində yerə çırpılıb və yanğın baş verib. Qəza nəticəsində təyyarənin göyərtəsində olan iki nəfər ağır yaralanıb, bir müddət sonra onlardan biri həyatını itirib.

Müəllif: Ayna.az