Rusiyada son sutkada koronavirusa 9 minə yaxın yoluxma

Dünya

07.06.2020 - 12:47

134 koronavirus xəstəsi ölüb, 5 min 343-ü müalicə edilərək sağalıb

 

Rusiyada son sutkada 8 min 984 koronavirusa yoluxma qeydə alınıb. 134 koronavirus xəstəsi ölüb, 5 min 343-ü müalicə edilərək sağalıb. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə İnfeksiyanın Yayılmasına Nəzarət və İzləmə üzrə Əməliyyat Qərargahından bildirilib.

 

Yeni yoluxma 84 bölgədə qeydə alınıb. Onların əksəriyyəti Moskvada, Moskva vilayətində və Sankt-Peterburqda aşkarlanıb. Bununla da Rusiyada ümumi yoluxma sayı 467 mini keçib.

 

Mətbuatın başqa bir xəbərinə görə, Rusiya Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün "Levilimab" dərmanını təsdiqləyib.

Müəllif: Ayna.az