Rusiyada son sutkada 8 mindən çox COVID-19-a yoluxma faktı qeydə alınıb

Dünya

16.05.2021 - 14:12

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə virusdan ölənlərin sayı daha 391 nəfər artıb

 

Rusiyada son sutkada daha 8 554 nəfər COVID-19-a yoluxub. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 940 245 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 391 nəfər artaraq 115 871-ə yüksəlib.

 

Rusiyada indiyədək koronavirusa yoluxan 4 556 073 nəfər sağalıb.

 

Rusiya virusun ən çox yayıldığı dövlətlər sırasında ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra 6-cı yerdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş