Həftə ərzində COVID-19-a yoluxma halları 22% artıb
Rusiyada COVID-19-a yoluxma hallarında artım var. AYNA-nın xəbərinə görə, bunu ölkənin səhiyyə naziri Mixail Muraşko “Rossiya 1” telekanalının efirində bildirib.
Statistikaya görə, Rusiyada bir həftə ərzində COVID-19-a yoluxma halları 22% artıb. Sentyabrın 18-dən sentyabrın 24-dək Rusiyada 14 435 koronavirusa yeni yoluxma halı aşkarlanıb. 2328 nəfər xəstəxanaya yerləşdirilib, 10327 nəfər sağalıb.
Rusiyanın bəzi regionları COVID-19 və qriplə mübarizə üçün maska rejiminə qayıdıb.