Rusiyada daha bir qəza: "Mİ-8” helikopteri alovlandı

Dünya

26.05.2020 - 10:57

Hərbi helikopter sərt eniş edərkən qəza baş verib və 4 nəfər ölüb

 

Rusiyanın şərqindəki Çuxot bölgəsində "Mİ-8” hərbi helikopteri sərt eniş edərkən qəza baş verib və 4 nəfər ölüb.

 

AYNA Rusiya KİV-ə istinadən bildirir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, hərbi helikopter Çuxot bölgəsində təlim uçuşu həyata keçirirmiş.

 

Rusiya mediasına danışan Çuxot səlahiyyətlisi qeyd edib ki, helikopterdəki 4 nəfər hərbiçi ölüb, təyyarə düşdükdən sonra alovlanmağa başlayıb. Qəzaya texniki nasazlığın səbəb olduğu təxmin edilir.

 

Xatırladaq ki, keçən həftə paytaxt Moskva ətrafında da "Mİ-8” hərbi helikopteri sərt eniş sonrasında qəza edib, 3 nəfər ölmüşdü. 

Müəllif: Ayna.az