Rusiya XİN: NATO yeni silahlanma yarışına başlayır

Dünya

01.07.2022 - 22:27

Aleksandr Qruşko: "NATO-nun bütün hərbi hazırlıqları mənasız olacaq"

NATO yeni silahlanma yarışına başlayır. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüb: "Ona görə də NATO-nun bütün hərbi hazırlıqları mənasız olacaq".

Qruşko onu da bildirib ki, NATO Rusiya ilə kommunikasiyanı qeyri-mümkün etmək üçün hər cür səy göstərib.

Müəllif: Ayna.az