Diplomat kəşfiyyat fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinir
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya səfirliyinin nümayəndəsini kəşfiyyat fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinərək çağırıb və akkreditasiyadan məhrum edib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya XİN-in “Telegram” kanalında dərc olunan məlumatda qeyd olunub.
"Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi kəşfiyyat fəaliyyəti əlamətlərinə görə akkreditasiyasının ləğvi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb", - məlumatda vurğulanıb.