“Hazırda ikinci görüş hazırlanır, telefon və videokonfrans vasitəsilə təmaslar aparılır”
“Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətlərdə qıcıq doğuran amilləri aradan qaldırmaq və təmasları normallaşdırmaq üçün yeni görüşə hazırlıq gedir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
Lavrov qeyd edib ki, hazırda Rusiya və ABŞ liderlərinin razılığı ilə Moskva və Vaşinqtondakı səfirliklərin işinə mane olan “qıcıqlandırıcıların aradan qaldırılması” istiqamətində iş aparılır.
“İstanbulda görüş oldu, hazırda ikinci görüş hazırlanır, telefon və videokonfrans vasitəsilə təmaslar aparılır”, - Lavrov bildirib.
Nazir vurğulayıb ki, heç bir proqnoz vermək istəmir, lakin Moskva təmaslarda irəliləyiş görür. Lavrovun sözlərinə görə, “amerikalı tərəfdaşlar tərəfindən diplomatların normal fəaliyyətinə mane olan bu maneələri aradan qaldırmaq istəyi var”.
Rusiya XİN rəhbəri vurğulayıb ki, “diplomatların işinə maneələr yaratmağa” Moskva deyil, Barak Obama administrasiyası başlayıb. Lavrov xatırladıb ki, Rusiya bu cür hərəkətlərə yalnız diplomatiyada “heç kəsin ləğv etmədiyi” qarşılıqlılıq qanunlar əsasında cavab verir.