Rusiya və ABŞ müzakirələrə başlayıb

Dünya

15.07.2021 - 00:49

Həkimlər Klinikalar SEO Xidməti

Peskov: "Kibercinayətlərin ortaya çıxmasını qəbuledilməz hesab edirik.

 

“Rusiya və ABŞ arasında kibertəhlükəsizlik məsələsində müzakirələrə başlanılıb”.

 

AYNA “Sputnik”ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

 

O, Rusiya lideri Vladimir Putinin kibercinayətlər sahəsində qarşılıqlı əlaqələrlə bağlı təlimatının həyata keçirilib-keçirilmədiyi ilə bağlı suala cavabında bildirib ki, proses başlayıb:

 

“Kibercinayətlərin ortaya çıxmasını qəbuledilməz hesab edirik. Cəzalandırılmalıdırlar. Bununla bağlı beynəlxalqsəviyyədə əməkdaşlıq etməliyik. Bu vəziyyətdə həm Rusiya, həm də ABŞ belə təzahürlərin qarşısını almaq üçün əməkdaşlıq etməlidir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş