Rusiya “Taxıl sazişi”ndən rəsmən çıxdı: XİN bəyanat yayıb

Dünya

17.07.2023 - 18:35

cedabet dərman SEO Xidməti

Rəsmi Moskva: “Taxıl sazişi”nin başa çatması ilə əlaqədar Qara dənizdə təhlükəsizlik zəmanətləri geri götürüləcək”

““Taxıl sazişi”nin başa çatması ilə əlaqədar Qara dənizdə təhlükəsizlik təminatları geri götürüləcək, şimal-qərb sularında müvəqqəti təhlükəli ərazinin rejimi bərpa olunacaq”. AYNA xəbər verir ki, bu ifadələr Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda yer alıb.

XİN-in məlumatında qeyd edilib ki, sazişin bəndinə uyğun olaraq, Moskva “Taxıl sazişi”nin uzadılmasına etiraz edir və bu barədə Türkiyə, Ukrayna və BMT Katibliyinə məlumat verib.

“Bu, naviqasiya təhlükəsizliyinə verilən təminatların geri götürülməsi, dəniz humanitar dəhlizinin məhdudlaşdırılması, Qara dənizin şimal-qərbində müvəqqəti təhlükəli ərazi rejiminin bərpası və İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin ləğvi deməkdir”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Taxıl sazişi”nə dair razılaşmaların faktiki olaraq dayandırıldığını açıqlayıb. Onun sözlərinə görə, Qara dəniz sazişinin Rusiyaya aid hissəsi indiyədək yerinə yetirilməyib, ona görə də sənəd qüvvədən düşüb.

Eyni zamanda, Kremlin rəsmi nümayəndəsi Rusiyanın sövdələşməyə qayıtması üçün şərti açıqlayıb. Onun sözlərinə görə, razılaşmaların Rusiya ilə bağlı hissəsi yerinə yetirilən kimi Rusiya Federasiyası dərhal razılaşmanın icrasına qayıdacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş