Rusiya Sumı şəhərinə raket zərbəsi endirib

Dünya

30.07.2023 - 15:19

cedabet dərman SEO Xidməti

Raket hücumu nəticəsində iki nəfər ölüb, 20 nəfər yaralanıb

Rusiya ordusu Ukraynanın Sumı şəhərinə raket zərbəsi endirib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, raket təhsil ocaqlarından birinə düşüb.

"Rusiya terrorçuları Sumıdakı təhsil müəssisəsinə raket zərbəsi endiriblər. Hadisə yerində bütün dövlət qurumlarının əməkdaşları işləyir", - Sumı vilayət hərbi administrasiyasından bildirilib.

İyulun 30-da səhər məlum olub ki, raket hücumu nəticəsində iki nəfər ölüb, 20 nəfər yaralanıb.

"Hazırda dağıntıların altından insanların çıxarılması və əhalinin təxliyyəsi istiqamətində tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin 36 əməkdaşı və 7 texnikası, bir o qədər də bələdiyyə texnikası hadisə yerində işləyir”, - deyə adminstrasiyadan bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş