“Əsgəran rayonunda bir müvəqqəti müşahidə məntəqəsi ləğv edilib”
Qarabağda Rusiya sülhməramlılarına aid daha bir müşahidə məntəqəsi sökülüb. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah edilməsi və ləğvi ilə əlaqədar Əsgəran rayonunda bir müvəqqəti müşahidə məntəqəsi ləğv edilib”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Əsgəran, Şuşa, Xocavənd və Ağdərə rayonlarında ümumilikdə 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi ləğv edilib.