“Britaniya hökuməti bu addımı “Krım körpüsünə qarşı terror aktından” bir neçə saat sonra atıb”
Rusiyanın Londondakı səfirliyi Britaniyanın sanksiyalarını tənqid edib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, səfirlik sanksiyaları etibarsız sayır.
“Biz Böyük Britaniya hökumətinin bu il iyulun 17-də Rusiya vətəndaşlarının və təşkilatlarının başqa bir qrupunun qanunsuz birtərəfli məhdudiyyətlərə məruz qalması barədə qərarını qəti şəkildə qəbuledilməz və hüquqi cəhətdən etibarsız hesab edirik. Bu məqsədlə istifadə edilən “uşaqları qorumaq üçün” kinli bəhanə xüsusi qəzəb doğurur”, - bəyanatda deyilir.
Bildirilib ki, Britaniya hökuməti bu addımı “Krım körpüsünə qarşı terror aktından” bir neçə saat sonra atıb.
Qeyd edək ki, Böyük Britaniya anti-Rusiya sanksiyalar siyahısını genişləndirib. Məhdudiyyətlər 14 nəfərə şamil olunub. Xüsusilə, tədbirlər təhsil naziri Sergey Kravtsova, eləcə də mədəniyyət naziri Olqa Lyubimovaya tətbiq edilib.