Rusiya quru sərhədlərini açmaq qərarı verdi

Xəbərlər

04.07.2022 - 12:24

İyulun 15-dən sərhədlər açılacaq

Rusiya iyulun 15-dən quru sərhədlərini açacaq. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə ölkənin Operativ Qərargahı açıqlama yayıb.

Bildirilib ki, Belarus vətəndaşları istisna olmaqla, digər ölkə vətəndaşları Rusiyaya gəldikdə PCR testindən keçməlidirlər.

Qeyd edək ki, koronavirus pandemiyası başlayandan sonra Rusiya quru sərhədlərini bağlamışdı.

Müəllif: Ayna.az